Kofe arıqlamağa kömək edir?

 03:40 07.09.2023     387

Mütəxəssislər qəhvənin arıqlamağa kömək edib-etməyəcəyini araşdırıblar.

Redaktor.az lent.az-a istinadən bildirir ki, araşdırmalara görə, qəhvə hətta bədənə fayda verə bilər. 

İsveçin Karolinska İnstitutunun, Bristol Universitetinin və Böyük Britaniyanın London İmperial Kollecinin mütəxəssisləri kofein istehlakını və onun qanda konsentrasiyasını sağlamlığın müxtəlif aspektləri ilə əlaqələndirmək üçün yeni araşdırma aparıblar.

Nəticə etibarı ilə onlar qanında kofein səviyyəsi yüksək olan insanların orqanizminin piylənməyə daha az meylli olduğu qənaətinə gəliblər. Bunun səbəbi, kofeinin maddələr mübadiləsinin aktivləşdirməsinə və yağ oksidləşməsinin artmasına kömək etməsidir.