Şokolad korluğa səbəb ola bilər
Şokoladdan çox istifadə edən insanlar kor olmaq riski ilə qarşılaşa bilərlər.
Redaktor.az lent.az-a istinadən bildirir ki, bu barədə oftalmoloq həkim Yuri Konavalov məlumat verib.
Onun sözlərinə görə, ilk baxışda zərərsiz görünsə də, şokoladdan həddindən çox istifadə edəndə o göz çuxurundakı əzələlərə ziyan vurur.
"Şokolad anqioretinopatiyanı ( gözün torlu qişasının zədələnməsi) inkişaf etdirir və bu da öz növbəsində geridönməz korluğa səbəb olur",- deyə həkim qeyd edib.