Həkim rotavirusun uşaqlar üçün niyə ölümcül olduğunu AÇIQLADI

 17:33 07.09.2023     311

Zəif toxunulmazlıq və formalaşmamış mədə-bağırsaq sistemi səbəbindən yeddi yaşına qədər uşaqlar üçün rotavirus infeksiyası ölümcül ola bilər.

Redaktor.az xəbər verir ki, bunu "life.ru" ilə söhbətində Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin müəllimi Aleksandr Umnov xəbərdarlıq edib. Onun sözlərinə görə, müalicənin olmaması orqanizmin susuzlaşmasına gətirib çıxarır, bağırsaqda suyun sorulması pisləşir.

"Müalicə edilməzsə, daimi qusma və ishal səbəbiylə dehidrasiya baş verir. Bundan əlavə, bağırsaqda suyun udulması pisləşir" - deyən həkim qeyd edib ki, elektrolit çatışmazlığı var, buna görə ürəyin və beynin işi pozulur.

Umnovun sözlərinə görə, ilkin bədən çəkisinin 9%-dən çoxunun itirilməsi ölümlə nəticələnir. Qan təzyiqinin aşağı düşməsi ilə müşayiət olunur, nəbz isə ya arta, ya da zəifləyə bilər. Şiddətli qıcolmalar, nəfəs darlığı görünür, dəri solğunlaşmağa başlayır, sidik miqdarı azalır. Həkim itirilmiş mayenin həcmini doldurmağı, gündə üç dəfə rehidron içməyi və probiyotik qəbul etməyi məsləhət görüb.

Turan İSMAYIL