Kürünün sağlamlıq üçün FAYDALARI

 21:10 08.09.2023     388

Kürünün müntəzəm istehlakı beyin və ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri rasional qidalanma üzrə mütəxəssis Vadim Nikişin və texnoloq Yuliya Budovskaya bildirib. 

Budovskayanın sözlərinə görə, istənilən balıq kürüsünün sağlamlıq faydaları göz qabağındadır. 

"O, beynin, ürəyin və bütün bədən sistemlərinin fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən Omeqa-3 yağ turşuları ilə zəngindir. Bundan əlavə, hər bir yumurtada həyatın yaranması üçün hazırlanmış asanlıqla həzm olunan protein, vitamin və minerallar anbarıdır", - deyə Budovskaya vurğulayıb.

Öz növbəsində Nikişin bildirib ki, Omeqa-3 ilə zəngin olan kürü ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır və qanın laxtalanmasının qarşısını alır.

Yusif EYVAZLI