Həkimlər stresslə bağlı məşhur mifi TƏKZİB ETDİ

 20:39 11.09.2023     391

Amerikalı qastroenteroloqlar məişət stressinin mədə və ya onikibarmaq bağırsağın xorasına səbəb ola biləcəyi barədə məlumatları təkzib edib. 

Redaktor.az "izvestya"ya istinadla xəbər verir ki, bu barədə HuffPost məlumat yayıb.

Həkim Aaron Martinin sözlərinə görə ,stress və xəstəliyin bir-biri ilə heç bir əlaqəsi yoxdur. 

"Xəstəliyin əlamətləri müxtəlif ola bilər. Əksər hallarda ağrı qarının yuxarı hissəsində, mərkəzdə, döş sümüyünün bir az altındadır", - deyə o bildirib.

Yusif EYVAZLI