Dietoloq sağlam payız qidalarını AÇIQLADI

 19:58 12.09.2023     586

Payızda sağlamlığı qorumaq üçün pəhrizinizi bir az dəyişdirməlisiniz.

Redaktor.az "lenta.ru"ya  istinadla xəbər verir ki, bu sözləri dietoloq və qidalanma mütəxəssisi Anna İvaşkeviç bildirib. 

Onun sözlərinə görə, payızda daha çox mövsümi tərəvəz və meyvələr, bal və sarımsaq yemək lazımdır.

"Onların tərkibində sağlam vitaminlər var. Onlar mədə-bağırsaq traktının vəziyyətinə yaxşı təsir göstərir. 

Bundan əlavə, İvaşkeviç qida rasionuna çoxlu miqdarda C vitamini və sink olan göyərti və çaytikanı əlavə etməyi tövsiyə edib. 

Həkimin sözlərinə görə, sarımsaq soyuq mövsümdə son dərəcə faydalıdır.

“Sarımsaq qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. Sizə lazım olan tək şey gündə bir neçə baş sarımsaq yeməkdir. Təzə zəncəfil kökünü dəmləyib çay etmək olar. O, soyuqdəymə üçün əla vasitədir”, - deyə mütəxəssis bildirib.

Yusif EYVAZLI