Əgər insanda bunlar baş verirsə, vitamin çatışmazlığından şübhələnmək olar

 10:35 13.09.2023     366

Yay dövründə orqanizmdə gələcək il üçün vitamin toplamaq mümkün deyil.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı endokrinoloq Svetlana Şokur deyib.

Mütəxəssis vitaminlərin bədənə daxil olduğunu, öz funksiyalarını yerinə yetirdiyini və xaric edildiyini belə izah edib:

"Payızda bədən üçün daha çox stresli vəziyyətlər ola bilər, məsələn, iş yükünün artması, tədris ilinin başlanğıcı. Sinir sistemini qorumaq üçün bədən maqneziuma ehtiyac duyur, əgər bir insan daim depressiv əhval-ruhiyyədə olarsa, qıcolmalar və əzələ spazmı yaşayırsa, vitamin çatışmazlığından şübhələnmək olar. Həmçinin payızda xroniki virus xəstəlikləri pisləşə və yoluxucu virus xəstəlikləri inkişaf edə bilər. Bu zaman qida rasionuna antioksidantların - sitrus meyvələrində, bibərdə, duzlu kələmdə, qarağatda olan C vitamini, qoz-fındıq və bitki yağlarından alına bilən E vitamininin daxil edilməsi vacibdir".

Humay İSGƏNDƏRLİ