Sağlam insanların maqnit qasırğalarına reaksiyası olmamalıdır
Sağlam insanda hava şəraitinin dəyişməsinə, o cümlədən maqnit qasırğalarına mənfi reaksiyalar olmamalıdır.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı terapevt Veronika Lisitskaya dyeib.
O bildirib ki, maqnit qasırğalarının insan sağlamlığına təsiri sübuta əsaslanan tibb tərəfindən daha çox mif hesab olunur:
"Eyni zamanda, meteohəssaslıq, yəni bədənin ətraf mühitdəki dəyişikliklərə ağrılı reaksiyası xəstəliklərin beynəlxalq təsnifatına daxil edilmir. Havadan asılılığın baş ağrısı, halsızlıq, əzələ ağrısı, başgicəllənmə və s. kimi simptomları bəzən aşkar olan və xəstəyə artıq məlum olan, bəzən də gizli olan hər hansı bir xəstəlik nəticəsində yaranır. Ona görə də maqnit qasırğaları zamanı bu əlamətlər yaranarsa, müəyyən xəstəlik şübhəsi üçün həkimə müraciət etmək lazımdır".
Humay İSGƏNDƏRLİ