Terapevt yüksək qan təzyiqinin əlamətlərini SADALADI

 19:59 14.09.2023     399

Terapevt İqor Vidyaskin yüksək qan təzyiqini göstərən bir sıra simptomları sadalayıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Vidyaskinə görə, ilkin əlamətləri döş qəfəsindəki narahatlıq, ürək döyüntüsü və qulaqlarda nəbzdir. Bu vəziyyətdə yüksək qan təzyiqi tez-tez ürəkbulanma, gözlər qarşısında ləkələr və əsasən başın arxasında cəmləşən tez-tez şiddətli baş ağrıları kimi özünü göstərə bilər.

Həkim ani başgicəllənmə, tarazlığın itirilməsi və yeriyərkən qeyri-sabitliyi yüksək təzyiqin digər gizli əlamətləri oalraq adlandırıb.

"Bəzi hallarda xəstələr şiddətli yorğunluqdan, səbəbsiz zəiflikdən və dərinin qızartısından şikayət edə bilərlər", - deyə Vidyaskin əlavə edib.

Yusif EYVAZLI