Həkim yaşlı insanlara göbələk yeməyi dayandırmağa ÇAĞIRDI

 21:31 14.09.2023     311

Xroniki xəstəlikləri, o cümlədən mədə-bağırsaq problemləri olan yaşlı insanlar üçün göbələk yemək təhlükəlidir. 

Redaktor.az xəbər verir ki, bu barədə “izvestiya”ya müsahibəsində dietoloq-endokrinoloq Yekaterina İvannikova bildirib.

İvannikova izah edib ki, göbələklər zülal, vitamin və mineral mənbəyi hesab edilsə də, tərkibində yüksək lif olduğu üçün çətin həzm olunan məhsuldur. Bu səbəbdən onların tərkibinə daxil olan faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsi çətindir.

Həkim göbələk yeməyin əsas əks göstərişi kimi yaşlı insanlarda tez-tez diaqnoz qoyulan xroniki xəstəlikləri, ilk növbədə mədə-bağırsaq problemlərini, qaraciyərin və böyrəklərin xəstəliklərini göstərib.

İvannikova yaşlı insanlara davamlı olaraq göbələk yeməyi dayandırmağa çağırıb.

Yusif EYVAZLI