Uzunömürlü insanların yediyi TƏRƏVƏZ

 00:22 17.09.2023     622

Gəncliyi uzatmaq və özünüzü bir sıra xəstəliklərdən qorumaq üçün mütəxəssislər işlənmiş qidalardan imtina etməyi eləcə də çoxlu miqdarda meyvə, giləmeyvə, göyərti və tərəvəz istehlak etməyi məsləhət görürlər. Mütəxəssislər sarımsağı xüsusilə, faydalı hesab edirlər. Uzunömürlü hesab edilən bütün insanlar demək olar ki, sarımsaqdan istifadə edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-dan olan həkim Lusiya Qarsiya danışıb.

Həkim deyir ki, sarımsaq çiy istehlak edilməlidir. Bir çox insan özünəməxsus dadı və qoxusuna görə bu məhsuldan imtina etsə də, mütəxəssis onu ən azı iki gündən bir yeməyi məsləhət görür. Qəfil yemək sizi narahat edərsə, çeynəmədən sadəcə bir diş sarımsağı udmaq olar (lent.az).