Dermatoloqdan manikür etdirənlərə xəbərdarlıq

 11:30 18.09.2023     328

Manikürdən əvvəl spirtdən istifadə dırnaq tökülməsinə səbəb ola bilər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu dermatoloq Olqa Latipova deyib.

Dermatoloq deyib ki, tibbdə dırnağın barmağın yumşaq toxumalarından ayrılmasına onikoliz deyilir:

"Bu patoloji müxtəlif səbəblərdən, o cümlədən manikür zamanı baş verə bilər. Xüsusən də bunu şərtləndirən amillərdən biri prosedur ərəfəsində spirtdən istifadədir. Manikür haqqında danışsaq, ilk növbədə, həddindən artıq güclü lampadan istifadə onikolizə və dırnaq lövhələrinin yanmasına səbəb ola bilər. Bundan əlavə, risk faktorlarına aşağıdakılar daxildir: gel lakında metakrilik turşunun yüksək faizi, turşu əsaslı bir primer tətbiq etmək və s.",-deyə Olqa Latipova bildirib.

Humay İSGƏNDƏRLİ