Gündüz yuxulu olmanın SƏBƏBİ BU İMİŞ

 00:33 19.09.2023     405

Mütəxəssislər gündüz yuxusunun ümumi səbəbləri barədə maraqlı açıqlamalar verib.

Redaktor.az ölkə.az-a istinadən bildirir ki, onların fikrincə bir adam yatarkən xoruldasa, gecə 8 saatlıq yuxudan sonra da gündüz özünü yuxulu hiss edəcək. Çünki bu zaman hiperomniya baş verə bilər və xoruldama obstruktiv yuxu apne sindromu (on saniyəlik qısamüddətli nəfəs kəsmə) ilə müşayiət edilir. Bu da insanın beyninin oksigen çatışmazlığından "oyanmasına" gətirib çıxarır. Belə halda insan orqanizminə lazım olacaq qədər yuxunu ala bilmir. Bundan başqa yuxuda əzaları hərəkət etdirmək - narahat ayaq sindromu da yuxunun keyfiyyətinə təsir göstərir.

Gündüz yuxulu olmanın başqa səbəbləri də ola bilər. Buna misal kimi orqanizimdə dəmir və D və B vitaminlərinin çatışmazlığını da göstərmək olar. Mütəxəssislər bu sindromun üç ay ərzində keçmədiyi təqdirdə mütləq həkimə müraciət etmək lazım olduğunu da açıqlayıblar.