Həkim ürək əzələsini gücləndirmək üçün ən yaxşı məşqləri AÇIQLADI

 20:13 18.09.2023     370

Kardioloq Asiya Xaçirova ürək əzələsini gücləndirmək üçün ən yaxşı məşqləri açıqlayıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Xaçirova bildirib ki, yoqa və üzgüçülük sağlamlığı yaxşılaşdırmağa, stress səviyyəsini, həmçinin qan təzyiqini azaltmağa kömək edə bilər.

Mütəxəssis vurğulayıb ki, qaçış, velosiped sürmə, sürətli gəzinti və aerobika da oxşar xüsusiyyətlərə malikdir. Bundan əlavə, güc məşqləri sağlamlığı gücləndirən fəaliyyətlərdən biridir. Onlar ürəyi gücləndirməyə kömək edir.

Yusif EYVAZLI