Sızanaqların sıxılmasının ZƏRƏRLƏRİ

 20:38 18.09.2023     338

Hindistandan olan terapevt və dermatoloq Raja Arora sızanaqların  sıxılmasının təhlükəli nəticələrini açıqlayıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, müvafiq nəşr onun TikTok səhifəsində yerləşdirilib.

Həkimin fikrincə, bu manipulyasiya görünüşü yaxşılaşdırmayacaq, yalnız dərinin qızartısına və şişməsinə səbəb olacaq.

"Sızanaqları sıxmaq problemdən qurtarmayacaq, əksinə bakteriyaların dərinin dərinliyinə nüfuz etməsinə səbəb olacaq", - dermatoloq vurğulayıb.

İltihabı təhlükəsiz şəkildə aradan qaldırmaq üçün həkim gel və ya kremlər almağı məsləhət görüb.

Yusif EYVAZLI