Gecə işləyənlər üçün sağlam qalmağın YOLLARI
Gecə işləyən insanlar səhərlər qaranlıq yataq otağında yatmalıdırlar.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu terapevt İvan Romasov deyib.
Terapevt qeyd edib ki, gecə işləyərkən səhər istirahət müddəti yeddi saatdan doqquz saata qədər olmalıdır:
"Günəş işığı bədən üçün zəngli saat rolunu oynadığından yaxşı gecə yuxusuna mane olur. İşığın intensivliyindən asılı olaraq gözün tor qişasındakı fotoreseptorlar beyinə siqnal göndərir və nəticədə insanı oyaq saxlayan müxtəlif hormonlar və maddələr istehsal olunur",- deyə terapevt bildirib.
Humay İSGƏNDƏRLİ