Hidrogen peroksid xərçəng riskini artıra bilər

 10:18 22.09.2023     411

Həkimlər hidrogen peroksidin sağlamlığa mənfi təsirlərini müəyyən ediblər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu haqda "Emergency Medicine" tibb jurnalı araşdırma aparıb.

"Yüksək dozada hidrogen peroksid insan sağlamlığı ilə bağlı problemlər yarada bilər və həmçinin xərçəng hüceyrələrinin böyüməsinə səbəb ola bilər. Maddə insult, əlillik və digər ağır xəstəliklərə səbəb ola bilər. Tədqiqata görə, peroksidin venadaxili və ağızdan istifadəsi sağlamlıq idarələri tərəfindən təsdiqlənmir. Peroksid irinli yaraların, kapilyar qanaxma sahələrinin lokal dezinfeksiyası üçün, boğaz ağrısı üçün istifadə olunur",- deyə jurnalda yazılıb.

Humay İSGƏNDƏRLİ