Dietoloq ürək sağlamlığı üçün ən yaxşı giləmeyvənin adını AÇIQLADI

 19:10 22.09.2023     530

Bəzi giləmeyvə qan təzyiqini aşağı salmağa və qan damarlarının divarlarını gücləndirməyə kömək edə bilər.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, dietoloq Mariyat Muxina "Moskva 24" telekanalı ilə söhbətində ürək sağlamlığı üçün ən yaxşı giləmeyvələrin adını çəkib.

Ürək sağlamlığı üçün o, pəhrizə qarpızı daxil etməyi təklif edib.

"Qarpız bədəndən artıq mayeni çıxarır, qan təzyiqini azaldır. Həmçinin damar divarına müsbət təsir edir və qan damarlarını genişləndirir. Giləmeyvələr arasında qarpız maqnezium tərkibinə görə birinci yerdədir”, - Muxina bildirib.

Dietoloq davam edib: "Həmçinin sidikqovucu təsir göstərir və dövran edən qanın həcmini azaldır. Bunun sayəsində şişkinlik gedir və qan təzyiqi azalır".

Yusif EYVAZLI