Kofe yaddaşı gücləndirir - ELMİ SINAQ
Yaponiyanın Tsukuba Universitetinin alimləri qəhvənin tərkibində olan triqonelin (TG) bitki alkaloidinin yaddaş və məkan təfəkkürü ilə əlaqəli beyin funksiyalarını stimullaşdırdığını aşkar ediblər. Bu, sürətlə qocalmış siçanlar üzərində aparılan təcrübələrlə göstərilib.
Redaktor.az xəbər verir ki, bu barədə araşdırma “GeroScience” elmi jurnalında dərc olunub.
Tədqiqatçılar qocalmış siçanları 30 gün triqonelinlə qidalandırıblar və sonra gəmiriciləri Morris su labirintinə - su altında gizli platforması olan kiçik hovuza qoyublar. Məlum olub ki, trigonelin qəbul edən heyvanlar xilasedici adanı digər siçanlardan daha tez tapıblar (lent.az)