Payızda bu məhsulların istehlakı azaldılmalıdır - Dietoloq

 11:07 25.09.2023     391

Payızda şəkər istehlakını azaltmaq məsləhət görülür.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu haqda rusiyalı dietoloq Evgeniya Belyuqa açıqlama verib.

Dietoloq bildirib ki, payızda temperatur dəyişikliyi baş verdikdə və günəş çatışmazlığı olduqda, istehlak edilən zülalların, yağların və karbohidratların miqdarına nəzarət etmək vacibdir və balanslı yemək lazımdır:

"Payızda şəkər istehlakını azaltmağa dəyər. Bu yüksək kalorili məhsuldur, onu qida rasionuna artıqlaması ilə əlavə etmək artıq çəkiyə səbəb ola bilər ki, bu da sağlamlığın pisləşməsinə səbəb ola bilər. Zəngin miqdarda qida maddəsi olan balqabaq yemək də faydalı olacaq. Qəhvənin bitki çayları ilə, həmçinin limon, itburnu və ya çaytikanı əlavə edilmiş isti içkilərlə əvəz edilməsi sağlamlıq baxımından fayda verəcək".

Humay İSGƏNDƏRLİ