Qadınlar anomal istilərdən daha çox əziyyət çəkir

 18:58 25.09.2023     307

Amsterdam Azad Universitetinin alimləri 2023-cü ilin yayında Fransada anomal yüksək temperaturun nəticələrini təhlil edib. Məlum olub ki, qadınlarda istiliklə bağlı ölüm ehtimalı kişilərə nisbətən xeyli yüksəkdir.

Redaktor.az xəbər verir ki, bu barədə "LeMonde" jurnalı məlumat yayıb.

Qadınlar ümumiyyətlə daha uzun ömür yaşayırlar - kişilər üçün 75 yaşa qarşı Avropada 81 yaşa qədər. Tədqiqatda qərəzdən qaçmaq üçün tədqiqatçılar yalnız yaşlı olmayan kişilər və qadınlar arasında ölümləri təhlil edivlər. Məlum olub ki, qadınlar arasında anomal isti hava səbəbindən həyatını itirmək riski 15% çoxdur.

Tədqiqatçıların fikrincə, bunun səbəbi qadınların daha az tərləməsidir. Kişilərdə termorequlyasiyanın bu mexanizmi daha yaxşı qurulmuşdur - tər dərinin səthindən buxarlanır, bütün bədəni soyuyur. Bundan əlavə, qadınların ürəkləri daha az səmərəli işləyir və daha yavaş döyünür. İsti havalarda ürək-damar sistemindəki stress çox böyük olur və bu, potensial olaraq daha yüksək ölüm riskini izah edir.

T.İSMAYIL