Kəskin soyuyan havalar kimlər üçün təhlükəlidir?

 02:30 27.09.2023     1442

Kəskin dəyişən, soyuyan havalar çox insanların orqanizmində dəyişikliklər yaradır, bəzi xəstəliklər kəskinləşir.

Qeyd edək ki, orqanizmin havaya və kəskin iqlim dəyişməsinə reaksiyası meteopatiya adlanır.

Redaktor.az medicina.az-a istinadən soyuqdan əziyyət çəkə biləcək xəstə qruplarını təqdim edir.

-Astma - bronxit xəstəliyi, boğulması olanlar

-Şəkərli diabet xəstələri

-Meteohəssas insanlar

-Yüksək təzyiqi olanlar

-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,

-Panik atak, nevroz və depressiyada olanlar

-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar

-Artroz, ostexondroz, artrit, revmatizması olanlar

-Rinit, sinusit, haymoriti olanlar

İnsanlar havalar dəyişəndə nə hiss edə bilər?

-Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.

-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.

-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.

-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.

Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.

Sürətli külək səbəbindən yollarda kiçik travmalar alan şəxslərin də xəstəxanalara düşmə ehtimalı olur.

Məsləhət görərdik ki, havanın, küləyin təsirindən maksimum qorunmaq, orqanizmdə baş verəcək dəyişiklikləri nəzarətdə saxlamaq və bir şey olduğu halda özünüzə kömək etmək üçün bu günlərdə vacib olmadığı halda evdən çıxmayın.