Ağciyər xərçənginin ilk əlamətləri

 10:02 27.09.2023     1624

Ağciyər xərçəngi ən təhlükəli xərçəng xəstəliklərindən biridir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı baş onkoloq, tibb elmləri doktoru, professor Aleksandr Seryakov açıqlama verib.

Onkoloq deyib ki, ilkin mərhələlərdə ağciyər xərçəngi çox vaxt simptomsuz keçir:

"Ona görə də sağlam insanların ən azı iki ildə bir dəfə profilaktik müayinələrdən keçməsi vacibdir. Zəiflik, yorğunluq, iştahanın azalması, arıqlamaq və temperaturun aşağı səviyyəyə qədər düşməsi xəstəliyin əlamətlərindəndir. Xəstəlik inkişaf etdikcə bu əlamətlər davamlı öskürəklə müşayiət oluna bilər. Sonrakı mərhələlərdə təngnəfəslik, döş qəfəsində ağrı, qanlı öskürək, limfa düyünlərinin zədələnməsi görünə bilər. Ağciyər xərçəngi hallarının 80%-nin uzun müddət siqaret çəkənlərdə baş verdiyi güman edilir. Passiv siqaret də bu baxımdan kifayət qədər təhlükəlidir. Həmçinin təhlükəli istehsalatda işləyənlər, yanacaqdoldurma məntəqələrinin işçiləri, tikinti işçiləri, havanın yüksək səviyyədə çirkli olduğu ərazilərdə yaşayanlar, xroniki ağciyər patologiyası olan xəstələr, həmçinin ailəsində xərçəng xəstəliyi olanlar da risk altındadır”, - Seryakov əlavə edib.

Humay İSGƏNDƏRLİ