Həkim istilik və günəşin dəriyə təsirlərini AÇIQLADI

 20:06 27.09.2023     304

Günəş şüaları dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə dermatoloq və kosmetoloq Lyubov Stolina xəbərdarlıq edib.

Stolina qeyd edib ki, ultrabənövşəyi şüalanma dəri xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Bu da sızanaqların yaranmasına gətirib çıxarır.

Bundan əlavə, dermatoloq C vitamini ilə antioksidant müalicəni tövsiyə edib. 

"Bu məhsullar günəşə məruz qaldıqdan sonra kollageni bərpa edir və həmçinin yaşlılıq ləkələrindən xilas edir", - dermatoloq bildirib.

Yusif EYVAZLI