Orqanizmin payızda ehtiyac duyduğu VİTAMİNLƏR
Payızda işığın miqdarının azalması səbəbindən D vitamini çatışmazlığı olur.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı dietoloq Tatyana Semenov söyləyib.
O bildirib ki, vitamin insanın emosional vəziyyətinə də təsir edir:
"C vitamini payızda çox vacibdir, çünki o, bədəndəki stressi azaltmağa, emosional sabitliyi qorumağa, həmçinin iltihab riskini azaltmağa kömək edir. C vitamin təzə meyvə, tərəvəz və giləmeyvələrdə olur. D vitamini isə ikinci yeri tutur. B-kompleks vitaminləri bədəndəki emosional vəziyyətə və enerjiyə də təsir göstərir. Bu vitamin stressi aradan qaldırmağa və əhvalınızı yaxşılaşdırmağa kömək edə bilər".
Humay İSGƏNDƏRLİ