Arıqlamağınıza mane olan XƏSTƏLİKLƏR

 20:45 28.09.2023     374

Müəyyən hormonların həddindən artıq olması insanın artıq çəkidən qurtulmasının qarşısını ala bilər.

Redaktor.az "lent.ru"ya istinadla xəbər verir ki, bu sözləri endokrinoloq və dietoloq Armine Afonina bildirib.

Onun sözlərinə görə, artıq çəki və şişkinlik tez-tez qalxanabənzər vəzinin fəaliyyətinin aşağı düşdüyü, buna görə kifayət qədər hormon istehsal etmədiyi bir xəstəlik olan hipotiroidizmdən qaynaqlanır. Lakin qanda prolaktin hormonunun artması çəki artımına səbəb ola bilər. 

"Arıqlamağınıza mane ola biləcək şey hiperkortizolizmdir, bu, metabolizmə təsir edən kortizol hormonunun səviyyəsinin yüksəldiyi bir vəziyyətdir", - dietoloq vurğulayıb.

Nəhayət, həkim qeyd edib ki, insulin hormonuna qarşı həssaslığın itirildiyi və şəkərli diabetə səbəb ola bilən insulin müqaviməti artıq çəki və piylənməyə səbəb ola bilər.

Yusif EYVAZLI