Həkim acgözlüyün fəsadlarından DANIŞDI

 23:42 28.09.2023     365

Acgözlük stressə və digər gözlənilməz nəticələrə səbəb ola bilər.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə terapevt və ailə həkimi Alina Krasikova xəbərdar edib.

Onun sözlərinə görə, həddindən artıq yemək ağır stress, depressiya və düzgün formalaşmamış yemək vərdişləri səbəbindən inkişaf edir. Eyni zamanda acgözlük, piylənmə ilə yanaşı, narahatlıq və psixi problemlər yarada bilər. Bu, insanın çox yemək vərdişi qarşısında zəifliyini dərk etməsi və bunun öhdəsindən gələ bilməməsi səbəbindən baş verir.

"Həddindən artıq yeməyin öhdəsindən gəlmək çətindir, amma bunu özünüz də edə bilərsiniz".

Həkim tövsiyə edib ki, ilk növbədə yeməyin keyfiyyətinə və onun qəbulu prosesinə daha çox diqqət yetirməy lazımdır. Bunun üçün hər dişləmədən həzz alaraq yavaş-yavaş çeynəmək lazımdır.

Yusif EYVAZLI