Yaşlı insanlara ürək sağlamlığını qorumaq üçün tövsiyələr

 17:51 29.09.2023     385

Ürək sağlamlığını qorumaq üçün duz qəbulunu azaltmaq lazımdır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq, tibb elmləri doktoru Sergey Gilyarevski deyib.

O bildirib ki, duz istehlakı yaşlılar üçün gündəlik doza 5 qramdan çox olmamalıdır:

"Yaşlılar duzu yüksək olan qidalardan - turşu, bəzi növ pendir, çips, duzlu qoz-fındıq, kraker və s. yeməklərdən uzaq durmalıdırlar. Duzun orqanizmdə həddindən artıq olması qan damarlarının zədələnməsinə, ürəyin, böyrəklərin və beynin fəaliyyətinin pozulmasına, həmçinin vaxtından əvvəl qocalmağa səbəb ola bilər. Ürək sağlamlığını qorumaq üçün yaşlı insanların mütəmadi olaraq təzyiqlərini yoxlamaları vacibdir. Yaşlı insanlarda qanda xolesterinin səviyyəsini mütəmadi olaraq yoxlamalıdırlar. Yaşlı insanlar ürək sağlamlığını qorumaq üçün kardioloqun tövsiyələrinə ciddi əməl etməlidirlər".

Humay İSGƏNDƏRLİ