Həkim diş əti qanamasının səbəblərini AÇIQLADI

 19:47 29.09.2023     468

Diş ətləri qayğıya və  müayinəyə ehtiyac duyur.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri diş həkimi Vladimir Losev deyib.

Onun sözlərinə görə, diş əti xəstəliklərinin əsas səbəblərindən biri ölü dişlərdən ötürülən toxuma zədələnməsidir. Hətta dillə toxunmaq qan görünməsinə səbəb ola bilər.

"Diş ətləri ilə bağlı problemlər zəif quraşdırılmış plomblar səbəbindən başlaya bilər. Diş əti qanamasının digər səbəbləri gigiyena qaydalarına riayət edilməməsidir. Bütün bunlar dişlərin və diş ətlərinin baxımını çətinləşdirir".

Həkim xəbərdarlıq edib ki, diş ətinizin sağlamlığına laqeyd yanaşmamalısınız. Diş əti ağrıları psixoloji narahatlığa səbəb olur.

Yusif EYVAZLI