Kələm turşusu kimlərə QADAĞANDIR?

 01:42 01.10.2023     356

Duzlu kələmin kimlərə ziyan olduğu açıqlanıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, dietoloq həkim Marqarita Koroleva turşu kələm yeməkdən çəkinməli olan xəstəlikləri sadalayıb.

Tibb elmləri doktoru bildirib ki, adı çəkilən tərəvəz çoxlu duzda qıcqırdılıbsa, bəzi insanlar üçün təhlükəlidir.

"Turşu kələmdəki duz maye saxlayır, qan təzyiqini artırır və şişməyə səbəb ola bilər".

Həkim böyrək xəstəliyi və ya hipertoniya xəstələri üçün duzlu kələm istehlak etməyi məsləhət görmür. Eyni zamanda, mütəxəssis qeyd etdiyi şəxslərə kələmi duzsuz yeməyə tövsiyə edib: “Duzdan istifadə etmədən turşunu mayalandırmağın bir yolu var. Bunlar ədviyyatlar, ətirli otlar ola bilər" (lent.az).