Çox sarımsaq yeməyin fəsadları AÇIQLANDI

 01:41 03.10.2023     452

İnsan orqanizmi üçün faydalı olmasına baxmayaraq, çox yeyildikdə sarımsaq sağlamlığa ciddi ziyan vura bilər.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyalı diyetoloq İnna Zaikina müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, mədə xorası, pankreatit, öd daşı xəstəliyi olan insanlar çox sayda sarımsaq qəbul etməməlidir.

Bunun səbəbi sarımsağın xəstəlik simptomlarını ağırlaşdıra bilən mədə şirəsi və öd ifrazını stimullaşdırmasıdır.

Həkim deyib ki, mədə xəstəliyi olmayan insanlar gün ərzində 5-6 diş sarımsaq yeyə bilər.