Yuxudan tez oyanmaq üçün BUNLARI EDİN

 22:53 02.10.2023     324

Tez oyanmaq üçün sadə məşqlər açıqlanıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "Men Today" nəşri məlumat verib.

Məşq bir dəqiqəlik yüngül atlama və ya yerində yerimə ilə başlayır. Bu cür kardio məşqləri ürək döyüntüsünü artırır. İsinmək üçün əvvəlcə yavaş-yavaş tullanmalı, dəqiqənin sonuna doğru sürətinizi artırmalısınız. Bunun ardınca əzələlərin elastikliyini inkişaf etdirmək üçün iki dəqiqəlik uzanma aparılır.

Sonra əzələləri tonlaşdırmaq və güc yaratmaq üçün bir sıra məşqlər gəlir. Xüsusilə, çömbəlmə hərəkətləri edə bilərsiniz. Məşqinizin sonunda sərinləmək üçün bir uzanma etməlisiniz.

Yusif EYVAZLI