Uşaqlar üçün təhlükəli olan ənənəvi müalicə üsulları BUNLARDI

 09:32 04.10.2023     350

Uşaqları “müalicə etməyin” ən geniş yayılmış və təhlükəli üsulu sirkə, araq və buzla ovuşduraraq temperaturu aşağı salmaqdır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bununla bağlı rusiyalı pediatr Olqa Tatarkina danışıb.

O bildirib ki, alkoqol dərinin səthindən çox tez buxarlanır və oyuyur, bu da öz növbəsində periferik damarların spazmına səbəb olur:

"Nəticədə bədən istiliyi əvvəlcə kəskin şəkildə aşağı düşür, sonra isə sürətlə yüksəlir. Sirkə turşusu və buz spirtlə eyni prinsipdə işləyir. Qaynar su və qaynadılmış kartof üzərində inhalyasiya uşağın sağlamlığına eyni dərəcədə zərərli təsir göstərə bilər ki, bu da tənəffüs yollarının selikli qişasının yanmasına səbəb ola bilər. Əgər uşağın burnu axarsa, bal və ya süd vurmaq qəti qadağandır. Onların tərkibindəki şəkər və laktoza maddələri bakteriyalar üçün çoxalma zəmininə çevirilir".

Humay İSGƏNDƏRLİ