Qulaq sağlamlığının əsas DÜŞMƏNİ

 22:05 04.10.2023     400

Qulaqları pambıq çubuqlarla təmizləmək xəstəliklərin inkişafına səbəb ola bilər. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri tibb elmləri namizədi İlya Sençenko deyib.

Onun sözlərinə görə, düzgün olmayan qulluq qaçılmaz olaraq  xəsarətlərə və nəticədə eşitmə itkisinə səbəb olur. Həkim qulaq sağlamlığına zərər verən ilk vərdişi qulaq gigiyenası üçün pambıq çubuqlar, kibrit və ya diş çubuğundan istifadə etmək adlandırıb. Bu hərəkət qulaqda tıxacların meydana gəlməsinə səbəb olur.

“Bu tıxacın çubuqla təmizlənməsi cəhdi qulaq pərdəsi yaxınlığında mumun “sıxlaşmasına” və onun deşilməsinə səbəb ola bilər. Beləliklə, həddindən artıq qulluq fəlakətlə nəticələnə bilər”, - deyə Sençenko xəbərdarlıq edib.

Yusif EYVAZLI