Səhər acqarına bir bardaq su içməyin faydaları

Acqarına bir bardaq su içmək sağlamlıq və görünüş üçün faydalıdır.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Yelena Tixomirova deyib.
O bildirib ki, yuxudan sonra acqarına bir və ya iki bardaq su içmək nəinki oyanmağınıza kömək edir, həm də sağlamlıq üçün faydalıdır:
" Bu bir sıra xəstəliklərin qarşısını almaqla yanaşı görünüşünüzə də müsbət təsir edir. Orqanizmdə su balansının tənzimlənməsi ilə qanın qatılaşmasının qarşısını alır və nəticədə qanda laxtalanma riskini azalır. Qanın durulaşması sayəsində beynin qidalanması yaxşılaşır".
Humay İSGƏNDƏRLİ