Onkoloqdan ÇAĞIRIŞ: Bu qidadan tamamilə imtina edin

 01:30 07.10.2023     372

Rusiya Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin qastroenteroloq, dietoloq və onkoloqu Artur Bernatski hazır qəhvədən tamamilə imtina etməyə çağırıb.

Redaktor.az oxu.az-a istinadən bildirir ki, onkoloq qeyd edib ki, hazır qəhvələrdə praktiki olaraq kofein yoxdur.

Həkimin dediyinə görə, "üçü birində" kimi qəhvə içənlərin həyat tonusu qalxmır, əksinə, yuxuya gedirlər. Bu içkinin tərkibində faydalı heç nə yoxdur, lakin onun tərkibində kofein turşusu və teobromin qalır.

Həkim hazır qəhvəni surroqat, kofeinsiz qəhvəni isə reaksiyalar nəticəsində maddələrin ayrıldığı təhrif olunmuş məhsul adlandırıb.