Məşhur səhər yeməyinin TƏHLÜKƏSİ

Gündəlik istehlak edildikdə, yulaf kalsiumun udulmasına mane olur.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina məşhur səhər yeməyinin təhlükəsini açıqlayıb.
Mütəxəssis vurğulayıb ki, yulaf ezmesi ən sağlam sıyıq hesab olunur, çünki tərkibində sinir sisteminin normal fəaliyyəti üçün lazım olan çoxlu lif, maqnezium və B vitamini var.
"Yulaf ezmesi mədə-bağırsaq traktını zədələrdən qoruyur və bağırsaq hərəkətliliyini yaxşılaşdırır", - deyə o bildirib.
Eyni zamanda, diyetoloq xəbərdarlıq edib ki, yulaf ezmesi hər gün yeyilməməlidir, çünki tərkibində fitik turşusu var, bu da bədəndə kalsiumun udulmasına böyük miqdarda mane olur.
Yusif EYVAZLI