Mədə yanmasının əsas SƏBƏBLƏRİ
Mədə yanması olan xəstələr tez-tez psixoterapevtə müraciət edirlər.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı qastroloq Milana Xəlil deyib.
O bildirib ki, stress mədə yanmasının əsas səbəblərindən biridir:
"Mədə-bağırsaq traktına mənfi təsir göstərə biləcək səbəblər stressli iş mühiti, yuxusuzluq və tez-tez mübahisələrdir. Mədə yanması həm də siqaret, alkoqol, düzgün qidalanmamaq və intensiv fiziki fəaliyyət nəticəsində yaranır".
Humay İSGƏNDƏRLİ