Oturaq işin xoşagəlməz NƏTİCƏLƏRİ

 10:36 11.10.2023     310

Oturaq iş ürək problemlərinə səbəb ola bilər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yuliya Berezkina açıqlama verib.

O, bildirib ki, ofis işçiləri iş vaxtlarının çox hissəsini oturaraq keçirirlər, bu da tez-tez müxtəlif sağlamlıq problemlərinə səbəb olur.

"Uzun müddət oturaq iş metabolik proseslərə və ürək-damar sisteminin işinə mənfi təsir göstərə bilər. Oturaq həyat tərzi piylənməni, diabet və digər metabolik pozğunluqlar inkişaf edə bilər. Oturaq tərzdə daimi iş bel və boyun ağrılarına səbəb olur. Vaxt keçdikcə tədbirlər görülməzsə, onurğanın müxtəlif patologiyaları inkişaf edə və ağrılar güclənə bilər", - deyə nevroloq qeyd edib.

Humay İSGƏNDƏRLİ