Bu qidalar dərini cavan SAXLAYIR

Blogger və kimyaçı Shareen Anand dərini cavanlaşdıran qidaları sadalayıb.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, müvafiq nəşr onun TikTok səhifəsində yer alıb.
O bildirib ki, qaragilə kollagen səviyyəsini artırır. Bundan əlavə, pəhrizə badam daxil etməyi tövsiyə edib.
"İspanaq A vitamini ilə zəngindir, bu da kollagen liflərinizi daha möhkəm etməyə kömək edir", - deyə Anand vurğulayıb.
Yusif EYVAZLI