Həkimdən zərdəçalın təhlükələri barədə XƏBƏRDARLIQ

 22:01 12.10.2023     300

Zərdəçal tez-tez və böyük dozada istehlak edildikdə qaraciyərin sağlamlığına zərər verir və qanı durulaşdırır. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə kardioloq Danielle Belardo xəbərdarlıq edib.

Həkim məşhur ədviyyatın bədəndəki iltihabı azaltmağa kömək etdiyini və ürək sağlamlığı üçün faydalı olduğunu söyləyib. O, xərçəng hüceyrələrinin böyüməsini maneə törətmək qabiliyyətini göstərən elmi sübutların olduğunu qeyd edib.

Bununla belə, Belardo xəbərdarlıq edib ki, böyük dozalarda zərdəçal bədən üçün təhlükəli ola bilər.

 "Qan durulaşdıran dərmanlar qəbul edərkən bir müddət ədviyyat yeməkdən çəkinmək lazımdır. Dərman və zərdəçalın bu birləşməsi daxili qanaxma riskini artırır", - o bildirib.

Yusif EYVAZLI