Səbəbsiz kilo itkisi bu xəstəliklərdən xəbər verir

 09:48 13.10.2023     699

Səbəbsiz kilo itkisi infeksiya əlaməti ola bilər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu haqda rusiyalı endokrinoloq Yuliya Vereina açıqlama verib.

O deyib ki, heç bir səbəb olmadan sürətli kilo itkisi həyəcanverici bir simptomdur və bədənin bəzi patoloji vəziyyətlərini və xəstəliklərini göstərə bilər:

"Məşq və pəhriz olmadan bədən çəkisinin 5%-dən çox azalması diqqət tələb edən ciddi siqnaldır. Ona görə də sizdə belə bir əlamət varsa, mütləq mütəxəssisdən kömək istəməlisiz. Qalxanabənzər vəzdəki problemlər və bağırsaqlardakı mikroblar arıqlamanıza səbəb ola bilər".

Humay İSGƏNDƏRLİ