Həkim balın zərərlərindən DANIŞDI

 10:40 13.10.2023     787

Sağlam insanlar gündə 50-100 qramdan çox bal yeməlidirlər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Marina Konstantinova açıqlama verib.

O deyib ki, bal təbii qida olsa da, yalnız düzgün istifadə edildikdə faydalıdır:

"Bal günün birinci yarısında yeyilməlidir. 40 dərəcədən yuxarı qızdırılmamalıdır, əks halda faydalı xüsusiyyətlərini itirəcəkdir. Balda çoxlu sürətli karbohidratlar var ki, bu da mədəaltı vəzi və böyrəklərin yükünü artırır. Bundan əlavə, bal yüksək qlisemik indeksə malikdir, buna görə də onu kök insanlar, eləcə də 1 və 2-ci qrup şəkərli diabet xəstələri yeməməlidir".

Humay İSGƏNDƏRLİ