Həkim elektron siqaretin zərərini AÇIQLADI

 20:37 13.10.2023     365

Elektron siqaret təhlükəsiz alternativ deyil.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə onkoloq Snejanna Geninq bildirib.

Həkim aydınlaşdırıb ki, elektron siqaretlərin tüstüsü havada toksinlərin konsentrasiyasını 22 dəfə artırır.

“Nəfəs aldıqda ağciyərlərə, sonra isə qana asanlıqla daxil olurlar. Bundan əlavə, bu toksinlər orqanizmdə toplanmaya meyllidir və xərçəng, bir sıra ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər, həmçinin hamilə qadınlarda fəsadların yaranma riskini artırır”, - deyə həkim izah edib.

Yusif EYVAZLI