Soğan və sarımsaq bu fəsildə faydalı deyilmiş - DİQQƏT
Payızda soğan və sarımsaq yemək çox faydalı deyil.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim İqor Alentov deyib.
O bildirib ki, payızda soğan və sarımsağın aktiv istehlakı, analarımızın və nənələrimizin uşaqlıqdan bizə tövsiyə etdiyi kimi, çox fayda verməyəcək:
"Onların antimikrobiyal xassələri yalnız bir vedrə yesəniz təsirli ola bilər. Digər hallarda, bu, sadəcə yaxşı bir ədviyyat, vitamin əlavəsidir".
Humay İSGƏNDƏRLİ