Uşaqlarda stresin qarşısını alacaq ÜSUL
Stresli vəziyyətlərdə uşağı danlamaq və qorxutmaq olmaz.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı uşaq psixoloqu Natalya Naumova deyib.
O bildirib ki, valideynlər şəxsi nümunə göstərməklə övladının stresslə mübarizəsinə kömək edə bilərlər:
"Uşaqlar tez-tez stresli vəziyyətlərlə üzləşirlər və onlara mənfi emosiyaların öhdəsindən gəlməyi öyrətmək valideynlərin birbaşa vəzifəsidir. Belə vəziyyətdə heç bir halda uşağı danlamaq, qorxutmaq olmaz, əksinə tərifləmək, həvəsləndirmək və dəstəyinizi göstərmək lazımdır".
Humay İSGƏNDƏRLİ