Həkim məşhur üz prosedurunun təhlükəsindən DANIŞDI

 21:32 16.10.2023     284

Kosmetoloq Svetlana Boqaçeva qadınlar üçün təhlükəli ola biləcək məşhur prosedurun adını çəkib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssisin fikrincə, dərinin cavanlaşmasına yönəlmiş manipulyasiyanın ixtisaslı olmayan mütəxəssis tərəfindən aparıldığı halda çapıqların və depressiyaların yaranmasına səbəb ola bilər.

“Cihazla işləyən kosmetoloq zərbənin dərinliyini və gücünü səhv seçərsə, kifayət qədər dərin zədələnmə mümkündür. Hətta fotocavanlaşdırma aparatı ilə belə, bu texnologiyanın dəri ilə səthi işləməsinə baxmayaraq, xəstə zədələnə və ağır yanıqlara məruz qala bilər”, - deyə həkim izah edib.

Yusif EYVAZLI