Dietoloq şokoladın faydalarından DANIŞDI
Dietoloq Ginzburg şəkərsiz şokolada üstünlük verməyə çağırıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, o, video bloqunda şokoladın faydalarından danışıb.
Həkimin sözlərinə görə, yaxşı kakao yağından hazırlanan şokolad omeqa-9, insan orqanizmində qocalmanı ləngidən maqneziumla zəngindir.
“Yalnız pis şey şəkərdir. Tünd şokoladı sevməyənlər üçün dadlandırıcı tərkibli məhsullara üstünlük verməyi məsləhət görürəm. Bəzilərini sınadım və onlar olduqca yaxşıdır", - deyə dietoloq bildirib.
Humay İSGƏNDƏRLİ