Yumurta yeməyin vacibliyi AÇIQLANDI
Toyuq yumurtasının faydalı xüsusiyyətləri açıqlanıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən toyuq yumurtalarının faydalı xüsusiyyətləri aşkar edilib.
“Yumurta ağı quruluşuna görə heyvan və bitki mənşəli ağlara nisbətən orqanizm tərəfindən daha sürətli və asan mənimsənilir. Tərkibində ən güclü antioksidantlar olan amin turşuları var. Bu da qaraciyərin sağlamlığını effektiv şəkildə dəstəkləyir və damar divarlarında "pis" xolesterolun çökməsinin qarşısını alır”, - deyə ekspertlər bildirib.
Onların sözlərinə görə, yumurta sarısı daha çox faydalıdır. Tərkibində çoxlu vitamin və makroelementlər var: omeqa-3, fol turşusu, A, B12, E, K vitaminləri, həmçinin biotin, kalsium, selenium və fosfor.
"Yumurtanın tərkibində sinir sisteminin fəaliyyətinə faydalı təsir göstərən xolin və katarakta da daxil olmaqla yaşa bağlı görmə itkisinin qarşısını alan karotenoidlər var".
Humay İSGƏNDƏRLİ