Saçların böyüməsini sürətləndirən MƏHSULLAR

 20:24 17.10.2023     309

Dermatoloqlar saçların yenidən uzanmasına kömək edən qidaları açıqlayıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, yağsız ət, quş əti, lobya və mərcimək saçların sürətlə uzanmasına kömək edir.  Qida rasionunuzda sinklə zəngin olan istiridyələr, həmçinin əla dəmir mənbəyi olan göyərti olmalıdır. Sadəcə daha çox ispanaq yemək saçınızın sağlamlığını xeyli yaxşılaşdıracaq.

Bundan əlavə, avokado, toxum və qoz-fındıq, həmçinin yumurta yemək məsləhət görülüb. Somon balığı omeqa yağ turşularının və zülalın, həmçinin B və D vitaminlərinin və seleniumun əla mənbəyidir.

Yusif EYVAZLI